BAKI, 7 may — Sputnik. Fələstinə üzvlüklə bağlı qətnamə qəbul olunarsa, Vaşinqton BMT-nin bütün qurumlarını maliyyələşdirməyi dayandıra bilər.
"Reuters" bu barədə məlumat verib.
Belə ki, Amerikanın BMT-dəki daimi nümayəndəliyinin kommunikasiyalar üzrə direktoru və nümayəndəsi Neyt Evans qeyd edib ki, ABŞ beynəlxalq hüququn müəyyən subyektlərinə üstünlüklər vermək cəhdlərindən narahatdır. Həmçinin, fələstinlilərin BMT Nizamnaməsində nəzərdə tutulan meyarlara uyğunluğu ilə bağlı suallar hələ də həll olunmamış qalır.
"Amerika Birləşmiş Ştatları Fələstin dövlətçiliyinin tanınması yolunun birbaşa danışıqlardan keçməli olduğu mövqeyinə sadiqdir" - Neyt Evans vurğulayıb.
Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Baş Assambleyaya Fələstini dünya təşkilatına tamhüquqlu üzv kimi qəbul etməsini tövsiyə edən qətnamə layihəsinə veto qoymuşdu. Qətnaməni BMT Təhlükəsizlik Şurasının 20 üzvü dəstəkləyib, daha iki ölkə bitərəf qalıb.