RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna siyasi rəhbərliyinin tribunala çıxarılması üçün hərəkət edirik - Miroşnik

Xüsusi tapşırıqlar üzrə səfir deyib ki, sistemli və məqsədyönlü şəkildə Ukrayna siyasi rəhbərliyinin tribunala çıxarılması üçün hərəkət edirlər.
Sputnik
BAKI, 6 may — Sputnik. Ukrayna siyasi xadimlərinin axtarışa verilməsindən sonra Ukraynanın siyasi rəhbərliyi ilə bağlı tribunal yaxınlaşır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
Xatırladaq ki, daha öncə Rusiya DİN Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksiy Danilovu axtarışa vermişdi. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski, habelə keçmiş dövlət başçısı Petro Poroşenko da Rusiya DİN-in bazasına əlavə edilmişdi.
Bundan sonra isə Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov və keçmiş informasiya siyasəti naziri Yuri Stetsi axtarışa verib.

"Artıq axtarışa verilmiş şəxslərin siyahısında olanlar çox böyük cinayətlər törətmiş şəxslər siyahısındadırlar. Bu cinayətləri araşdırıb cəzalandırmaq lazımdır. Əslində, biz sistemli və məqsədyönlü şəkildə Ukrayna siyasi rəhbərliyinin tribunala çıxarılması üçün hərəkət edirik" - Miroşnik deyib.

Eyni zamanda o vurğulayıb ki, hüquqi baxımdan bu şəxslərin əməllərində cinayət tərkibinin olduğunu söyləmək düzgündür və yalnız məhkəmənin qərarından sonra onları cinayətkar adlandırmaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.