CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 may - FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib – "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 6 may — Sputnik. Mayın 6-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 6-da kimlər dünyaya gəlib?
Hicran Hüseynov (1942-2013) - Azərbaycanın əməkdar artisti, diktor, aktyor. O, 1971-ci ildə AzTV-də işləməyə başlayıb, orada yüksək səviyyəli diktor vəzifəsinə qədər yüksəlib.
Hicran Hüseynov
Ziqmund Freyd (1856-1939) - Avstriyalı psixoloq və nevroloq. 20-ci əsrin psixologiyasına, təbabətinə, sosiologiyasına, antropologiyasına, ədəbiyyatına və incəsənətinə əhəmiyyətli təsir göstərmiş psixoanalizin banisi.
Ziqmund Freyd
Vladimir Etuş (1922-2019) - sovet və rus teatr və kino aktyoru, SSRİ xalq artisti. 2003-2019-cu illərdə - B. Şukşin ad. Teatr İnstitutunun bədii rəhbəri. Onun iştirakı ilə məşhur filmlər "İvan Vasilyeviç peşəsini dəyişir", "Qafqaz əsiri", "31 iyun" filmləridir.
Vladimir Etuş
Aleksandr Belyavski (1932-2012) - sovet və rus teatr və kino aktyoru, Rusiya Federasiyasının xalq artisti. O, Sovet televiziyasında əyləncəli yumoristik proqram olan "Kabaçok "13 stul"da iştirak edib, yüzdən çox film və televiziya serialda - "Dörd tankçı və bir it", "Tufanın üzərinə gedirəm", "Taleyin istehzası, yaxud həmişə təmizlikdə", "Görüş yerini dəyişmək olmaz", "Briqada" kinofilm və teleseriallarında rol alıb.
Aleksandr Belyavski
Corc Kluni (1961) - ABŞ kinoaktyoru, kinorejissoru, ssenaristi. O, "Təcili yardım" televiziya serialı, "Gün batandan doğana qədər", "Gözdən uzaq", "İncə qırmızı sap" filmləri ekranlara çıxdıqdan sonra geniş tanınıb. "Oskar" və "Qızıl Qlobus" mükafatlarının laureatıdır.
Corc Kluni
Maksim Fadeyev (1968) - rus bəstəkarı, musiqi prodüseri, Rusiya Federasiyasının əməkdar artisti.
Maksim Fadeyev
Mayın 6-da dünyada baş verən tarixi hadisələr
1312-ci ildə Vyana Şurası Papanın səlib yürüşü elan etmək niyyətini təsdiqləyib.
1626-cı ildə Niderlanddan olan müstəmləkəçi Peter Mineyt hazırkı Manhetteni yerli sakinlərdən 25 dollar dəyərində olan bir ovuc zərgərlik məmulatına satın alıb.
1902-ci ildə, 20-ci əsrin ən böyük gəmi qəzalarından biri baş verib: Benqal körfəzində, Ranqun yaxınlığında, Britaniya bayrağı altında üzən Kamorta gəmisini siklon yaxalayıb və o, qəzaya uğrayıb. Qəza 655 nəfərin həyatına son qoyub.
1994-cü ildə Böyük Britaniya kraliçası II Yelizaveta və Fransa Prezidenti Fransua Mitteran La-Manş boğazının altında tunel açıblar.
2004-cü ildə Azərbaycan Prezidenti tərəfindən "İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. 2009-cu ildən etibarən hər il respublikada may ayının ilk həftəsi "İnsan alverinə qarşı mübarizə" devizi altında keçirilir və 6 may İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.