BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib və bu əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin inkişafında rolunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.