RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Medvedev: "Rusiya Ukraynaya Qərb qoşunlarının göndərilməsinə cavab verməli olacaq"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Qərbdə hakimiyyəti ələ keçirmiş indiki axmaqlar başa düşmək istəmirlər.
Sputnik
BAKI, 6 may — Sputnik. Qərb qoşunlarının Ukraynaya göndərilməsi bu ölkələrin birbaşa müharibəyə girməsinə gətirib çıxaracaq ki, Rusiya buna cavab verməli olacaq. Bu halda Qərb liderlərindən heç biri öz ölkələrinə sığına bilməyəcək. Qlobal fəlakət baş verəcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Qərbdə hakim sinfin ümumi deqradasiyası var. Biz buna cavab verməli olacağıq. Bu halda onların heç biri nə "Capitol Hill"də, nə Yelisey sarayında, nə də "Downing Street"də gizlənə bilməyəcək" – Medvedev öz Telegram kanalında Ukraynaya qoşun yeritmək üçün edilən çağırışları şərh edərkən yazıb.

"Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən çox əvvəl başa düşmüşdülər, lakin Qərbdə hakimiyyəti ələ keçirmiş indiki axmaqlar başa düşmək istəmirlər" - Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.