BAKI, 5 may — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün müfəssəl plan hazırladığını, lakin 2024-cü ildə Amerika lideri seçilənə qədər bunu açıqlamayacağını bildirib.
Bu barədə “Daily Telegraph” xəbər verir.
“Plan mövcuddur, amma o, bunu kabel telekanallarındə müzakirə etməyəcək, çünki o zaman bütün təsir qüvvələri itə bilər”, - mənbə nəşrə bildirib.
O əlavə edib ki, bu yolla Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müdafiə edən vətəndaşların səsini öz tərəfinə çəkmək niyyətindədir.
Daha əvvəl məlum olmuşdu ki, Tramp Avropa rəsmiləri ilə söhbətində Ukraynanı Rusiyanın bir hissəsi adlandırıb. O, həmçinin illərdir Kiyevi korrupsiyaya görə tənqid edib və tez-tez Vaşinqtonun Ukraynaya dəstəyindən şikayətlənib.