BAKI, 5 may — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya ilə tərəfdaşlığı davam etdirir. Bu fakt ABŞ, Böyük Britaniya və Avropa İttifaqını təmin etmir.
Xarici KİV diplomatik mənbələrə istinadən bu barədə xəbər verib.
Verilən xəbərə əsasən o da məlum olub ki, Qərb ölkələri rusiyalı tərəfdaşlarına təzyiq göstərməkdə davam edirlər. Belə ki, ötən həftə Rusiya Federasiyasına dost olmayan dövlətlərin nümayəndələrinin BƏƏ-yə səfər etdiyi məlum olub.
Səfərin əsas məqsədi sanksiyalara məruz qalan malların Rusiya ərazisinə daxil olmasının qarşısını almaqdır. Rəsmilər ölkə hakimiyyətindən ikili təyinatlı malların ixracı və təkrar ixracı ilə bağlı ətraflı hesabat tələb ediblər.
Jurnalistlər BƏƏ səlahiyyətlilərinə sorğu göndərərək danışıqlara münasibət bildirməyi xahiş ediblər. Ölkə nümayəndəsi qeyd edib ki, bəzi ikili təyinatlı əşyalara qadağalar qoyulub.
Bundan əvvəl ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yeni paketinə Azərbaycan, Belçika, Çin, Slovakiya, Türkiyə və BƏƏ şirkətlərinin daxil olduğu bildirilirdi. Onlar Rusiyaya kömək etməkdə ittiham olunurdular.