SƏHİYYƏ

Alimlər xərçəngə qarşı ilk fərdi peyvənd yaradıblar

Həkim Hizer Şou qeyd edib ki, bu peyvənd xərçəngi əbədi müalicə etmək üçün yaxşı potensiala malikdir.
Sputnik
BAKI, 5 may — Sputnik. İngiltərə alimləri melanomaya qarşı unikal mRNT-peyvəndi hazırlayıblar.
Bu barədə Rusiya mediası xəbər verib.
Peyvənd, sınaqların ilk iki mərhələsindən uğurla keçib, üçüncü mərhələ isə hazırda yüzlərlə xəstənin üzərində aparılır.
Yeni peyvəndin üstünlüyü ondan ibarətdir ki, o, hər bir xəstə üçün fərdi olaraq hazırlanır. İmmunitet sistemini işə salaraq, orqanizmi müstəqil olaraq xərçəng hüceyrələrini izləməyə məcbur edir.
Tədqiqatın koordinatoru həkim Hizer Şou qeyd edib ki, bu peyvənd xərçəngi əbədi müalicə etmək üçün yaxşı potensiala malikdir.
Qeyd olunur ki, fərdi peyvəndin hazırlanması üçün xəstədən şiş nümunəsi götürülür, daha sonra isə süni intellekt vasitəsilə DNT-nin strukturu təyin edilir.