BAKI, 4 may — Sputnik. Xüsusilə gecə saatlarında ayaq ağrısı, həmçinin yaddaş və diqqət problemləri aterosklerozun olduğunu göstərir.
Bunu həkim-terapevt Anastasiya Stolnaya "Qazeta.Ru" ilə söhbətində deyib.
Ateroskleroz, aterosklerotik ləkələrin əmələ gəlməsi ilə müşayiət olunan arteriyanın xroniki zədələnməsidir. Onlar arteriyanın həcmini daraldır, həmçinin qan dövriyyəsinin zəifləməsinə səbəb olur.
"Beyin damarlarının zədələnməsi ilə xəstələr tez-tez yaddaşın zəifləməsindən, iş qabiliyyətinin azalmasından, başgicəllənmədən, başda səs-küyün olmasından şikayət edirlər", - həkim deyib.
"Life.ru"nun yazdığı görə, arteriya aterosklerozu dünyada ən çox yayılmış xəstəliklərdən biridir və bu xəstəlik uşaqlıq yaşlarında, 10-13 yaşa qədər inkişaf etməyə başlayır, 65-70 yaşa qədər demək olar ki, hər bir insanda müşahidə edilə bilər.