BAKI, 4 may — Sputnik. Mayın 4-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 4-də kimlər dünyaya gəlib?
Əlimərdan bəy Topçubaşov (1863-1934) — Azərbaycan ictimai və dövlət xadimi, hüquqşünas və jurnalistdir. O, Rusiya I Dövlət Dumasının deputatı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədridir (1918-1920).
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov
© Photo : Public Domen
Odri Hepbörn (1929-1993) – İngiltərə aktrisası, model və rəqqasədir. O, kino və modanın tanınmış ikonasıdır. Onun karyerasının zirvəsi Hollivudun "qızıl dövrü"nə təsadüf edir. Amerika Film İnstitutu Odri Hepberni ABŞ kinosunun ən böyük aktrisaları siyahısında üçüncü yerə layiq görüb. O, "Milyonu necə oğurlamalı", "Roma tətilləri", "Sabrina" və "Mənim gözəl xanımım" filmlərində rol alıb.
Odri Hepbern
© Photo : Shutterstock/Fotodom
Tatyana Samoylova (1934-2014) - Sovet və Rusiya aktrisası, RF xalq artistidir. Aktrisa "Durnalar uçur" filmi ilə böyük şöhrət qazanır. Ekran əsəri 1958-ci ildə "Kann" kinofestivalının baş mükafatına ("Qızıl palma budağı"), Tatyana isə "Ən təvazökar və cazibədar aktrisa" adına layiq görülür.
Tatyana Samoylova
© Sputnik / Сергей Гунеев
Burcu Biricik (1989) – Türkiyə teatr və kino aktrisası və modeldir. O "Şərəf məsələsi", "Qarğa", "Həyat nəğməsi", "Şüşə arxasındakı qız", "Möhtəşəm əsr" və s. film və seriallarda müxtəlif obrazları canlandırıb.
Mayın 4-də dünyada baş verən tarixi hadisələr
1807-ci ildə Fransa ilə Qacar dövləti arasında İngiltərə və Rusiyaya qarşı Fransa-Qacar alyansının əsasını qoyan Finkenşteyn müqaviləsi bağlanıb.
1896-cı ildə Londonda gündəlik "Daily Mail" qəzetinin ilk nömrəsi nəşr olunub.
1927-ci ildə ABŞ-da "Oskar" film mükafatını təsis edən Kino Sənəti Akademiyası yaradılıb.
ABŞ-da "Oskar" film mükafatı
© AFP 2024 / MARK RALSTON
1959-cu ildə nüfuzlu "Grammy" musiqi mükafatının ilk təqdimetmə mərasimi keçirilib.
"Grammy" musiqi mükafatı
© AFP 2024 / Don Emmert
1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulub. Azərbaycan NATO-nun sülhün qorunması əməliyyatlarında iştirak edib: 1999-2008-ci illərdə - Kosovoda (KFOR), 2003-cü ildən isə Əfqanıstanda (ISAF).
NATO
© AFP 2024 / JONATHAN NACKSTRAND
1999-cu ildən Beynəlxalq Yanğınsöndürənlər Günü qeyd olunur. Bu gün 1998-ci ilin dekabrında Avstraliyada meşə yanğınının söndürülməsində beş yanğınsöndürənin ölümündən sonra təsis edilib.
Yanğınsöndürən
© Sputnik / Irade JELIL
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.