BAKI, 4 may - Sputnik. İqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankı (AİB) 57-ci İllik Toplantısı çərçivəsində keçirilən "Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi" seminarında deyib.
"Biz karbon qazı tullantılarının böyük hissəsinin dünyanın o qədər də çox ölkəsinin payına düşməsi faktı ilə məşğul olmalıyıq. Emissiya sahəsində lider olan şirkətlərin sayına baxsaq, bunlar da çoxdur. Buna diqqət yetirsək, onları iqlim proqramına cəlb etməyin yollarını tapacağıq", - nazir deyib.
S.Şərifovun sözlərinə görə, bu çətinliklərin öhdəsindən gəlmək üçün maliyyə resurslarının səfərbər edilməsi vacib məsələdir.
"Ancaq xatırlada bilərəm ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək üçün bir sıra mexanizmlər yaratdıqda dünya çox sürətli hərəkətlər göstərdi. Güman edirəm ki, bu, indi də edilə bilər", - nazir əlavə edib.
"Ancaq xatırlada bilərəm ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək üçün bir sıra mexanizmlər yaratdıqda dünya çox sürətli fəaliyyət göstərdi. Güman edirəm ki, bu, indi də edilə bilər", - nazir vurğulayıb.