BAKI, 4 may — Sputnik. Amerika hakimiyyəti Rusiyaya qarşı “iqtisadi müharibə” elan edərək misli görünməmiş bir addım atıb.
Bu sözləri jurnalist Kleyton Morris deyib.
O bildirib ki, bu addımın müəllifi ABŞ Prezidenti Co Baydendir. ABŞ lideri Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanunu Ukraynanın xeyrinə imzalayıb.
"Bunun sonu heç də yaxşı olmaya bilər", – Morris vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, xüsusi hərbi əməliyyata başlayandan sonra Avropa İttifaqı və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının, demək olar ki, yarısını dondurublar. Məbləğ, təxminən 300 milyard avro təşkil edib.