RUSİYA

Zaxarova: KTMT təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq

Rusiya XİN rəsmisi qeyd edib ki, iyunun 21-də KTMT xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.
Sputnik
BAKI, 3 may — Sputnik. "Rusiya Cənubi Qafqazın bütün ölkələrinin, o cümlədən Gürcüstanın dinc, sabit və firavan inkişafında maraqlıdır. Moskva heç vaxt üçüncü ölkələrin daxili işlərinə qarışmayıb". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, iyunun 21-də KTMT xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.

"Bu il biz müttəfiqlərimizlə birlikdə xarici siyasətin əlaqələndirilməsi, müdafiə potensialının artırılması, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə mübarizə sahələrində çoxşaxəli qarşılıqlı fəaliyyəti gücləndirmək üçün intensiv işi davam etdiririk", - o bildirib.

Onun szölərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı stənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.