BAKI, 3 may — Sputnik. Mayın 3-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 3-də kimlər dünyaya gəlib?
Binq Krosbi (1903-1977) - amerikalı müğənni və aktyor, ABŞ tarixinin ən uğurlu ifaçılarından biridir. O, 1944-cü ildə "Öz yolunda getmək" musiqili dramında ən yaxşı kişi roluna görə "Oskar" qazanıb.
Binq Krosbi
© AP Photo / Don Brinn
Ceyms Braun (1933-2006) - amerikalı müğənnidir. O, 50 illik karyerasında bir neçə musiqi janrının inkişafına təsir göstərib.
Ceyms Braun
© AP Photo / Kevork Djansezian
Məryəm Mirzəxani (1977-2017) - İran və ABŞ riyaziyyatçısıdır. O, 2014-cü ildə "Filds" mükafatına layiq görülüb və bu mükafatı alan ilk qadın olub.
İda Qaliç (1990) - rusiyalı teleaparıcı, müğənni, videoblogerdir. O, "Oryol i Reşka. Rusiya", "Revizorro" və s. proqramların aparıcısı olub.
İda Qaliç
© Sputnik / Екатерина Чеснокова
Mayın 3-də dünyada baş verən tarixi hadisələr
1101-ci ildə rusiyalı knyaz Vladimir Monomax Smolenskdə Tanrı Anasının Smolensk ikonasının yerləşdiyi Uspen kilsəsinin təməlini qoyub.
1905-ci ildə amerikalı ixtiraçı və "Parker Pen Company" şirkətinin qurucusu Corc Parker rezin kisə olan mexaniki mürəkkəb dəsti sistemi ilə ilk yazılı qələmini patentləşdirib.
1993-cü ildən BMT Baş Assambleyasının qərarı ilə təsis edilmiş Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir.
1994-cü ildən Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə Ümumdünya Günəş Günü qeyd edilir. Təşkilatçılar diqqəti bərpa olunan enerji mənbələrindən istifadə imkanlarına cəlb etmək məqsədi daşıyıblar.