RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskovdan Kemeronun sözlərinə reaksiya

Mayın 2-də Böyük Britaniyanın xarici işlər naziri Ukraynanın Rusiyadakı hədəfləri Britaniya silahları ilə vurmaq hüququna malik olduğunu iddia edib.
Sputnik
BAKI, 3 may — Sputnik. Kreml Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Kiyevin Rusiyaya zərbələr endirmək üçün Britaniya silahlarından istifadə etmək hüququ ilə bağlı bəyanatlarını birbaşa eskalasiya kimi qiymətləndirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, Ukrayna münaqişəsi ətrafında birbaşa gərginliyin artırılmasıdır və bu, potensial olaraq Avropanın təhlükəsizliyinə, bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükə yarada bilər" - Rusiya liderinin mətbuat katibi vurğulayıb.

Peskov Kemeronun sözlərini daha ​​bir təhlükəli bəyanat adlandırıb.
"Rəsmi bəyanatlarda gərginliyin artması üçün belə təhlükəli tendensiya müşahidə edirik" - Kreml nümayəndəsi qeyd edib.
Mayın 2-də Böyük Britaniyanın xarici işlər naziri Ukraynanın Rusiyadakı hədəfləri Britaniya silahları ilə vurmaq hüququna malik olduğunu iddia edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.