MƏDƏNİYYƏT

Həftəsonu Bakıda baş tutacaq ən yaxşı 11 tədbir

Həftə sonları Azərbaycanın paytaxtında hansı tamaşalardan, konsertlərdən, şoulardan və idman tədbirlərindən həzz almaq olar? Ətraflı Sputnik Azərbaycan-ın həftəlik afişasında.
Sputnik
BAKI, 3 may — Sputnik. Bu həftənin sonunda Bakıda bir sıra maraqlı mədəni və idman tədbirləri baş tutacaq.
3 may, cümə günü
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa kuboku başlayıb. Yarışda 34 ölkədən olan qadınlar üzrə gimnastlar iştirak edirlər. Bu yarışda ümumi mükafat fondu 40000 avrodur (təxminən 73000 manat). Avropa kuboku mayın 5-də başa çatacaq.
Bakı Atıcılıq Mərkəzində ISSF 2024 Atıcılıq üzrə Dünya Kuboku start götürür. Yarışda 340 idmançı (170 kişi və 170 qadın) iştirak edəcək. Tədbir mayın 12-də bitəcək.
Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Elçin Əzizovun "Mahnıma inan" adlı ilk solo konserti keçiriləcək. Konsertdə mügənni Müslim Maqomayevin repertuarından mahnılar, həmçinin Tofiq Quliyev, Polad Bülbüloğlu, Lev Leşenko, Renat İbrahimov və Yak Yolanın əsərlərini səsləndirəcək.
Elçin Əzizov
Opera studiyasının səhnəsində italyan maestro Fabio Lepore və onun qrupunun "Sinatra in Jazz" eksklüziv layihəsi baş tutacaq. Konsert əfsanəvi Frank Sinatraya və ümumiyyətlə, cazın məşhur musiqi növü olan svinqə həsr olunub. Burada populyar hitlər və orijinal improvizasiyalar səsləndiriləcək.
4 may, şənbə günü
Opera studiyasının zalında dünya caz səhnəsinin ulduzu Melvin Trevisin "Jazz Classics" konserti keçiriləcək.
İçərişəhərdə ilk dəfə olaraq Milli Xalça Festivalı keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Azərxalça" ASC-dir. Festival çərçivəsində qədim və müasir dizayn xalçalarının eksklüziv sərgiləri, böyüklər və uşaqlar üçün xalçaçılıq üzrə ustad dərsləri, maarifləndirici seminarlar təşkil ediləcək. Festival mayın 5-də başa çatacaq.
Orxan Zeynallı
Bakı İdman Sarayında azərbaycanlı reper Orxan Zeynallının "Buz uşağı" adlı solo konserti keçiriləcək. Konsertdə sənətçinin köhnə və yeni hitləri səsləndiriləcək.
Bakıda ilk dəfə olaraq "In Club" gecə klubunda Qazaxıstanın "Zarraza" det-metal qrupunun dünya turnesi çərçivəsində konserti baş tutacaq. Komanda "Çöl fırtınası" adlı proqramı təqdim edəcək. Bu qrupda Nik Halabuzar, Daniil Kozlov, Ruslan Konon və Adil Əliəkpər çıxış edəcəklər.
5 may, bazar günü
Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Kremerata Baltika" kamera orkestrinin və gənc istedadlar Elvin Xoca Qəniyevin (Azərbaycan) və Daniil Bulayevin (Latviya) iştirakı ilə konsert keçiriləcək. Onlar Antonio Vivaldinin "Ilin dövrləri" adlı dörd konsertindən ibarət silsiləni ifa edəcəklər.
Brendon Stoun
Gürcü müğənnisi Brendon Stoun Opera studiyasının zalında "Sevgi üçün!" adlı yeni konsert proqramı ilə çıxış edəcək. Müğənni "O", "Valideynlər", "Onlar sevirdilər", "Şuşa evə qayıdır", "Yaşa, doğma Azərbaycan" hitlərinin müəllifi, eləcə də "Səs" layihəsində parlaq iştirakı kimi geniş tanınır.
Beynəlxalq Muğam Mərkəzində rusiyalı ifaçı Mixail Panferov "Sevimli mahnıların bayramı" adlı konsert və teatrlaşdırılmış proqram təqdim edəcək. Buraya sənətçi ilə sevimli mahnıları ifa etmək imkanı, əfsanəvi super hitlərin müşayiəti ilə diskoteka, foto və avtoqraf sessiyası, əfsanəvi musiqi ulduzu ilə canlı ünsiyyət daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.