BAKI, 3 may — Sputnik. Son dörd ayda narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1585 nəfər məsuliyyətə cəlb olunub. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev "İctimai proseslər media müstəvisində" mövzusunda forumun "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi (ağır) 304 kiloqramdır, 581 kq isə müxtəlif narkotik vasitələrdir.
Xatırladaq ki, bir neçə gün əvvəl Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.