DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Varşavada Polşanın Ukraynaya dəstəyinə görə etiraz aksiyası keçirilib

Varşavadakı "Sülh yürüşü"ndə bir neçə yüz nəfər iştirak edib.
Sputnik
BAKI, 2 may — Sputnik. Polşanın paytaxtında mayın 1-də Varşavanın Kiyev rejiminə dəstəyinə qarşı etiraz aksiyası keçirilib. "Sülh yürüşü" Polşada bir sıra müharibə əleyhinə hərəkatlar təşkil edib.
Bu barədə "RİA Novosti" informasiya agentliyi xəbər verib.
"Trauqutt xatirə xaçının ərazisində bir neçə yüz insan toplaşıb. Onlar Polşa paytaxtının küçələri ilə Köhnə şəhərdəki gənc üsyançının abidəsinə qədər yürüyürlər" - agentlik qeyd edib.
Yürüş iştirakçıları Polşa hakimiyyətini Ukrayna qoşunlarına silah və hərbi texnika tədarükünü dayandırmağa, həmçinin Kiyevlə bağlı mövqelərinə yenidən nəzər salmağa çağırırlar. Bir neçə nümayişçilər əllərində "Bu gün tanklarımız, sabah bizim uşaqlarımız" və "Polşanın amerikanlaşmasına son qoyun" sözləri yazılmış plakatlar tutublar.
Yürüşün təşkilatçısı Leşek Sıkulski nümayişçilər qarşısında çıxış edərək qeyd edib ki, toplaşanlar "top əti" olmağa və "Ukraynaya qeyd-şərtsiz və mənasız dəstəyə görə" göz yummağa razı deyillər.
Mart ayında Vaşinqtonda da oxşar etiraz aksiyası keçirilib. Yüzlərlə nümayişçi Ağ Evə gələrək Amerika hakimiyyətini Kiyevi maliyyələşdirməyi dayandırmağa, sanksiyalardan və militarist siyasətdən imtina etməyə, həmçinin NATO-nun dağılmasına çağırıb.