BAKI, 2 may — Sputnik. Rusiyaya qarşı kimyəvi silahdan istifadə ittihamları əsassızdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Mayın 1-də səhər saatlarında ABŞ Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarına, habelə Rusiyanın bir sıra institutlarına, şirkətlərinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. Dövlət Departamenti bunu Rusiyanın guya Ukraynada xloropikrin adlı zəhərli maddədən istifadə etməsi ilə izah edib, lakin departament heç bir sübut təqdim etməyib. Departament həmçinin Ukrayna Silahlı Qüvvələrinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı çoxsaylı faktları qeydə almaqdan imtina edir.
"Bəli, biz bu məsələ ilə bağlı xəbərləri gördük, həmişə olduğu kimi, bu cür açıqlamalar tamamilə əsassızdər. Rusiya bu sahədə beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə sadiq qalır", - Peskov deyib.