DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun baş katibi Stoltenberq Ukraynanın müttəfiqlərinə inamının sarsıldığını bildirib

Vaşinqton Kiyevə hava hücumundan müdafiə, artilleriya, raket sistemləri üçün sursat, həmçinin zirehli texnikalar göndərəcək.
Sputnik
BAKI, 2 may — Sputnik. Ukraynanın onun müttəfiqləri olan NATO üzvü ölkələrinə inamı silah tədarükünün gecikdirilməsi səbəbindən sarsılıb.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Reuters" agentliyinə müsahibəsində söyləyib.
"Əlbəttə ki, söz verdiyimizi yerinə yetirməməyimiz Ukraynanın inamını sarsıdıb" – o, bildirib.
Qeyd edək ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden Ukraynaya yardım haqqında daha əvvəl Konqres tərəfindən təsdiq edilmiş qanunlar paketini imzalayıb. Dövlət başçısı dəqiqləşdirib ki, Vaşinqton Kiyevə hava hücumundan müdafiə, artilleriya, raket sistemləri üçün sursat, həmçinin zirehli texnikalar göndərəcək.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatası Ukraynaya 60 milyard dollardan çox vəsaitin ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib.