RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Makqreqor: USQ yaralıları döyüş meydanında ölümə tərk edir

XHƏ bamasından bəri USQ təxminən 500 min hərbçisini itirib.
Sputnik
BAKI, 2 may — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) yaralı əsgərlərini döyüş meydanında ölümə tərk edirlər.
Bu barədə Rusiya mediası Pentaqonun sabiq müşaviri, istefada olan polkovnik Duqlas Makqreqorun "YouTube" kanalında söylədiklərinə istinadən xəbər verib.
"Ağır yaralılar döyüş meydanında ölümə tərk edilir. Onları sadəcə olaraq oradan çıxarmaq mümkün deyil", - Makqreqor bildirib.
Polkovnikin sözlərinə görə, təcili tibbi yardıma ehtiyacı olan Ukrayna hərbçilərini həkimlərə aparmaq üçün təcili yardım sürücülərinə pul ödənməlidir.
Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, xüsusi hərbi əməliyyatın (XHƏ) başlamasından bəri Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən 500 min hərbçi təşkil edib. Həmçinin, Ukraynanın 22 mindən çox pilotsuz uçan aparatı (PUA, dron), 6 minə yaxın reaktiv mərmisi və 2 minə yaxın digər hava hədəfi məhv edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.