BAKI, 2 may - Sputnik. Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
H.Əsədov daha öncə Prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə Akademiyanın rektoru təyin edilmişdi.
Heydər Əsədov 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri olub.