BAKI, 2 may — Sputnik. ABŞ hökuməti Ukraynada Rusiyaya qarşı proksi münaqişəsinin iflasa uğradığını gizlətməyə çalışır.
Bu barədə Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor sosial şəbəkələrdə yazıb.
"Mövcud administrasiya Ukraynada Rusiya ilə proksi müharibəsinin böyük uğursuzluğunu gizlədir" – o bəyan edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, ABŞ Ukraynada münaqişəni yaradıb, indi isə qəsdən onu uzadır. Buna sübut kimi nazir qeyd edib ki, Qərb hazırda qlobal dominantlığını necə qoruyub saxlamağa və başqa ölkələrə öz diktələrini tətbiq etməyə hər vasitə ilə cəhd etdiyini açıq şəkildə nümayiş etdirir.