BAKI, 01 may - Sputnik. Ankara Moskva ilə Qara dənizin Sinop vilayətində atom elektrik stansiyasının tikintisi üçün mümkün tərəfdaşlıq modelini müzakirə edir.
Bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib.
"Sabah" qəzetinə müsahibə verən nazir deyib ki, Rusiya və Cənubi Koreya Sinopda tikməyi planlaşdırılan atom elektrik stansiyasına maraq göstərirlər.
Bayraktar daha əvvəl bildirmişdi ki, "Rosatom" Akkuyu AES-in tikintisi təcrübəsini nəzərə alaraq Türkiyədə ikinci AES-in tikintisi layihəsində iştiraka maraq göstərir. Onun sözlərinə görə, tərəflərin işçi qruplarının texniki və maliyyə məsələləri üzrə görüşləri davam edir.
Türkiyənin Energetika Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Çin Türkiyənin Avropa hissəsində (Frakiyada) ölkənin üçüncü atom elektrik stansiyasının tikintisinə ciddi maraq göstərir.
"Biz müəyyən mərhələdəyik, məqsədimiz yaxın bir neçə ay ərzində hökumətlərarası sazişi yekunlaşdırmağa nail olmaqdır" - Bayraktar deyib.
25.03.24, 17:52
Türkiyə Sinop və Trakyada AES-lərdə kiminlə çalışacağına tezliklə qərar verəcək
Türkiyə Sinop və Trakyadakı ikinci və üçüncü atom elektrik stansiyalarında (AES) kiminlə əməkdaşlıq edəcəyinə tezliklə qərar verəcək. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyada keçirilən Atomexpo sərgisi əsnasında bildirib.
“O nüvə stansiyalarına gəlincə: Sinop və Trakya, Sinopun bir hissəsində biz kifayət qədər ciddi irəliləyiş əldə etmişik... Güman edirik ki, yaxın gələcəkdə həm Trakyadakı layihədə, həm də Sinopdakı layihədə kiminlə işləyəcəyimizi anlayacağıq”, - deyə nazir bildirib.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, arxiv
© Sputnik / Murad Orujov
Bayraktar Ankaranın Sinop atom elektrik stansiyası layihəsi ilə bağlı Rosatom ilə əlaqə saxladığını vurğulayıb, “iş qaydaya qoyulub” deyib.
Bir müddət əvvəl Rosatom-un baş direktoru Aleksey Lixaçov Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisi üzrə tenderdə iştirak etməyə hazır olduğunu açıqlayaraq dövlət korporasiyasınln rəqabətdən qorxmadığını bildirib.
Lixaçovun sözlərinə görə, Türkiyənin də Rusiyaya həvalə etdiyi Sinopdakı ikinci atom elektrik stansiyası ilə bağlı hazırda Rosatom və Türkiyənin Energetika Nazirliyi danışıqlar aparır.
Rusiyanın iştirakı ilə Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu-nun tikintisi qrafikə uyğun olaraq ciddi şəkildə davam edir, onun 1 nömrəli enerji blokunun tikintiyə hazırlığı 90%-i ötür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.