BAKI, 1 may — Sputnik. Hücum tempini dəstəkləmək və ölkənin qoşun qruplarının tərkibini artırmaq üçün silah və hərbi texnikanın keyfiyyətini yaxşılaşdırmaq lazımdır.
Bunu Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu birləşmiş qoşun qruplaşmasının qərargahında keçirilən iclasda deyib.
Nazirin sözlərinə görə, söhbət ilk növbədə məhvetmə vasitələrindən gedir.
"Mərkəzi hərbi idarəetmə orqanları bu istiqamətdə məqsədyönlü işlər görülər" - Şoyqu vurğulayıb.
Nazirlik, sənaye müəssisələri ilə silah və hərbi texnika nümunələrinin istehsal müddətinin maksimum azaldılmasını nəzərə alaraq müqavilələr bağlayıb.
Bu yaxınlarda Şoyqu Rusiya Federasiyasının dövlət sərhədini qoruyan qoşun qruplaşmasının qərargahının işini yoxladıqdan sonra kəşfiyyat və zərbə vasitələrinin daha da artırılması vəzifəsini irəli sürüb.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynaya dəstək verən Qərb dövlətləri ilə mübarizə Rusiyanı yalnız gücləndirir.