SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Rusiyanın Baş ravvini ilə nə danışıb?

Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışılıb, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edilib.
Sputnik
BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirilib.
Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışılıb, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edilib.