CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - FOTO

Görüşdə Azərbaycanın Rusiyanın müxtəlif regionları, o cümlədən ölkəmizin tarixi, mədəni köklərlə bağlı olduğu Şimali Qafqaz regionu ilə əlaqələrinin ümumilikdə Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin inkişafına töhfə verdiyi vurğulanıb.
Sputnik
BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib
Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu tədbirin rolu qeyd edilib.
Görüşdə Azərbaycanın Rusiyanın müxtəlif regionları, o cümlədən ölkəmizin tarixi, mədəni köklərlə bağlı olduğu Şimali Qafqaz regionu ilə əlaqələrinin ümumilikdə Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin inkişafına töhfə verdiyi vurğulanıb.
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib
Dövlətimizin başçısının Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyəti ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Qeyd olunub ki, Azərbaycanın və Rusiyanın Şimali Qafqaz regionunun dini liderlərinin əlaqələri xalqlarımız arasında münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edir.
Sonda xatirə şəkli çəkdirilib.