BAKI, 1 may — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Artur Yeroyan NATO-nun Brüsseldəki mənzil-qərargahında aparılan müzakirələrdə iştirak edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Aparılan müzakirələr zamanı 2024-cü il üçün hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq proqramını razılaşdırıb, yeni qarşılıqlı fəaliyyət istiqamətləri müəyyən edilib.
Aprelin 29-30-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini polkovnik Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın NATO-nun hərbi təhsilinin inkişafı proqramının illik müzakirələrində iştirak edib. Proqram çərçivəsində Ermənistanın hərbi təhsil müəssisələrinə və təlim mərkəzlərinə yardım göstərilməsi nəzərdən keçirilib və qarşılıqlı fəaliyyətin yeni istiqamətləri müəyyən edilib.