CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 30 aprel – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Aprelin 30-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 30-da kimlər dünyaya gəlib?
Siyavuş Qarayev (1942-2015) - Azərbaycanın Əməkdar elm xadimi, kimya sahəsində alim, kimya elmləri doktoru və professordur. Alim 500-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 60-dan çox patentin və 27 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Siyavuş Qarayev
Ramiz Quliyev (1947) - Azərbaycan SSR xalq artisti və tarzəndir. O, “Humay” milli mükafatı, “Şöhrət”, “Dostluq”, “Şərəf” ordenləri və s. mükafatlarla təltif olunub.
Ramiz Quliyev
Gillermo Kapetillo (1958) məşhur meksikalı aktyor, müğənni, rəqqas və matadordur. O, "Zənginlər də ağlayır" və "Kobud qızıl gül" seriallarında rol alıb.
Filipp Kirkorov (1967) - rusiyalı müğənni, aktyor, bəstəkar və Rusiya Federasiyasının Xalq artistidir.
Filipp Kirkorov
Andrey Qubin (1974) - rusiyalı estrada müğənnisi və musiqiçi, teleaparıcı və Rusiya Federasiyasının Əməkdar artistidir.
Andrey Qubin
Kirsten Danst (1982) amerikalı aktrisa, rejissor, model və müğənnidir. O, 1994-cü ildə ”Saturn” mükafatını aldığı “Vampir ilə müsahibə” filmində vampir Klaudiya roluna görə (12 yaşında olanda) geniş surətdə insanlar tərəfindən sevilməyə başlayıb. Aktrisa “Hörümçək adam” filmində Meri Ceyn rolunu oynadıqdan sonar isə böyük şöhrət qazanıb.
Kirsten Danst
Aprelin 30-da dünyada baş verən tarixi hadisələr
1803-cü ildə ABŞ Fransadan Luiziananı bir akr üzrə 4 sentə alıb.
1945-ci ildə nasist Almaniyasının başçısı Adolf Hitler öz bunkerində intihar edib.
Adolf Hitler
1992-ci ildə Cenevrədə Avropa Hissəciklər Fizikası Laboratoriyasının (CERN) əməkdaşı ingilis Tim Berners-Li tərəfindən hazırlanmış Ümumdünya Şəbəkə texnologiyasının (World Wide Web) hər kəs üçün pulsuz olacağı elan edilib.
2009-cu ildə Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusunda törədilmiş terror aktı nəticəsində 12 nəfər həlak olub və 13 nəfər yaralanıb.
2012-ci ildən YUNESKO-nun Baş Konfransının qərarı ilə məhz bu gün Beynəlxalq Caz Günü qeyd edilib.
Koktebel Jazz Party
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.