BAKI, 30 aprel - Sputnik. Rusiya Vaşinqtonu "çıxılmaz vəziyyətə" qoyaraq ABŞ-ın onun aktivlərini ələ keçirmək cəhdlərinə cavab olaraq addım atıb. Bu barədə Rusiya mediası Çinin “Sohu” nəşrinə istinadən xəbər verib.
Nəşrin yazdığına görə, ABŞ indi çıxılmaz vəziyyətə düşəcək. Rusiya məhkəməsi Rusiyanı tərk etməyi planlaşdıran ABŞ-ın “JPMorgan Chase” bankının bütün aktivlərini dondurmaq qərarına gəlib. Bu cür aktivlərə daşınar və daşınmaz əmlak, habelə konqlomeratın Rusiyadakı törəmə müəssisəsindəki səhmlər daxildir.
“Rusiya “JPMorgan Chase” bankının ölkədən qaçmaq üzrə olduğunu görəndə, Rusiya məhkəməsi onun bütün aktivlərinin, o cümlədən daşınar və daşınmaz əmlakının, eləcə də törəmə şirkətlərinin səhmlərinin dondurulmasına qərar verib”, - nəşr yazır.
Məqalədə deyilir ki, bu, ABŞ-ın Rusiya aktivlərini dondurmaq siyasətinə cavabdır.
Bununla yanaşı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi Qərb ölkələrinin iqtisadi sisteminin tabutuna mismar ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.