RUSİYA

Polkovnik: "Putin Yaxın Şərqdə böyük hörmətə malikdir"

Makqreqor qeyd edib ki, Rusiya ABŞ-la müqayisədə güclü görünür.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin təmkin nümayiş etdirərək Yaxın Şərqdə böyük hörmətə malikdir. Bunu Pentaqonun sabiq müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor şəxsi hesabında qeyd edib.

“Strateji olaraq Putin Yaxın Şərqdəki bütün kozırlara sahibdir. O, regionda çox hörmətlidir və təmkinkinlidir”, – analitik yazıb.

Makqreqor həmçinin qeyd edib ki, Şərq regionunda ABŞ-ın imici xeyli zərər görüb. Bu vəziyyətdə ABŞ gülünc görünür, Rusiya isə öz qüdrətini nümayiş edir.
Bu yaxınlarda “KP.RU” saytı NATO qoşunlarının keçmiş komandiri, alman generalı Harald Kuyatın Qərb ölkələrinin Rusiyanı lazımi qədər dəyərləndirmədiyi barədə bəyanatı ilə bağlı məlumat yayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb dövlətləri ilə mübarizə yalnız Rusiyanı gücləndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.