BAKI, 30 aprel — Sputnik. Bakıda ilk dəfə həvəskar komandalar arasında hokkey oyunları təşkil olunub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində Rusiyanın məşhur "Gecə Hokkey Liqası" layihəsinin komandasının iştirakı ilə hokkey oyunları keçirilir. Paytaxt arenası müasir tarixində ilk dəfə olaraq hokkey oyununa ev sahibliyi edib.
Belə ki, ilk yoldaşlıq matçında həvəskarlardan ibarət Bakının "Baku Flames" və Moskvanın "Buz qardaşlığı" komandaları qarşılaşıblar. Möhtəşəm mübarizə nəticəsində Bakı komandası 10:6 hesabı ilə qələbəni qeyd edib. Bundan əlavə, ilk oyun zamanı şou-proqram təşkil olunub.
Aprelin 29-da komandalar yerli ictimaiyyəti buz üzərində hokkey kimi qeyri-adi, eyni zamanda möhtəşəm bir idman növü ilə sevindirərək yoldaşlıq görüşləri çərçivəsində bir-birilərini tanımağa çalışıblar.
Onu da qeyd edək ki, "Baku Flames" komandası 28 həvəskar hokkeyçi yetişdirir. Rusiyalı mütəxəssis Aleksandra Blinov 6 aydır ki, komanda ilə çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.