İQTİSADİYYAT

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya sahəsində əməkdaşlığı genişləndirir

Qeyd edilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.
Sputnik
BAKI, 30 aprel — Sputnik. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın "Uzeltexsanoat" Assosiasiyasının İdarə Heyətinin sədri Mirziyod Yunusov və "Artel" və "AKFA" şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.
Tərəflər elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.
Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya sahəsində əməkdaşlığı genişləndirir
Xatırladaq ki, keçən ilin noyabr ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb.
Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və tədbirlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Bildirilib ki, ticarət, investisiya, sənaye, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.
Laziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəyini bildirib, iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.