BAKI, 29 aprel - Sputnik. Çinin Moskva və Pekin arasında normal ticarət və iqtisadi mübadilə hüququ pozulmamalıdır.
Bu barədə TASS Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyanın söylədiklərinə istinadən yazıb.
Agentliyin məlumatına görə, Tzyan ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çin Rusiyaya dəstəyini dayandırmayacağı təqdirdə tədbir görülməsinin mümkünlüyü barədə sözlərinə şərh etmək istəyinə cavab verib.
“Çin nə Ukrayna böhranının təşəbbüskarı, nə də onun tərəfdarı deyil, Çin heç bir şəkildə yanğına yağ tökmür və heç vaxt fayda əldə etmək imkanından istifadə etməyib”, - nazirliyinin rəsmi nümayəndəsi söyləyib.
Bundan əlavə, Çin qeyd edib ki, ABŞ Kiyevi silahla təmin edir və eyni zamanda Rusiya-Çin ticarətinə qarşı əsassız ittihamlar irəli sürür.
“Ukrayna məsələsində yanğına kim yağ tökür?”, – diplomat bildirib.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da qeyd edib ki, Çin güclü suveren dövlətdir və öz maraqlarını müdafiə edə bilər, ona görə də Moskva və Pekin əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.