SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda görüşməsi gözlənilir - XİN rəsmisi

Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə Qazaxıstanda XİN rəhbərlərinin nəzərdə tutulan görüşü ilə bağlı konkret vaxtı açıqlamayıb.
Sputnik
BAKI, 29 aprel — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O əlavə edib ki, görüş Almatıda baş tutacaq.
Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə Sputnik Azərbaycan-a nəzərdə tutulan görüşlə bağlı məlumatı təsdiqləyib, ancaq görüşün zamanı ilə bağlı konkret vaxt açıqlamayıb.
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi birgə brifinqdə bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və danışıqlar üçün platforma təqdim etməyə hazırdır.