CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 aprel – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Aprelin 28-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 28-də kimlər dünyaya gəlib?
Zərifə Əliyeva (1923-1985) - Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki və professorudur. Akademik o dövrdə ölkədə geniş yayılmış traxomanın və bir sıra digər xəstəliklərin qarşısının alınması və müalicəsi üçün bir sıra tədqiqatlar aparıb. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə Əliyevanın heykəli
Hacı Məmmədov (1920-1981) - Azərbaycan SSR xalq artisti və tarzəndir. O, tarda ilk dəfə Avropa klassik musiqisini ifa edib.
Hacı Məmmədov
Penelope Kruz (1974) - İspaniya aktrisası və modeldir. Aktrisa "Gözünü aç", "Arzularının qadını", "Kokain", "Vanil səması" filmlərində rol alıb.
Penelope Kruz
Cessika Alba (1981) - amerikalı aktrisadır. O, "Günahlar şəhəri", "Uğurlar, Çak", "Fantastik dördlük" filmlərində bir çox obrazları canlandırıb.
Jessica Alba
Aprelin 28-də dünyada baş verən tarixi hadisələr
1599-cu ildə İngiltərə Parlamenti ingilis Kilsəsi üçün ümumi dua kitabını təsdiqləyib.
1686-cı ildə ingilis fiziki İsaak Nyuton "Natural fəlsəfənin riyazi başlanğıcı" fundamental əsərinin birinci cildini Kral Cəmiyyətinə təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.