BAKI, 28 aprel - Sputnik. Ermənistanın Rusiya ilə dərin tarixi əlaqələri var, bu baxımdan RF-in Qafqazda maraqlarını pozmaq cəhdləri fəlakətlidir.
Bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri Tiqran Balayan ABŞ-nin “Politico” qəzetinə müsahibəsində deyib.
“Ermənistanın coğrafiyası, Rusiya ilə tarixi və praktiki əlaqələri elədir ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər” – Balayan deyib.
Diplomat vurğulayıb ki, Ermənistanın Aİ ilə sıx əlaqələri Rusiya ilə isti ikitərəfli münasibətləri istisna etmir və “biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”.