BAKI, 27 aprel - Sputnik. Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün SİM kartları alarkən yeni qaydaları tətbiq edən qanun layihəsi hazırlayıb. Bu barədə nazirliyin Telegram kanalında məlymat verilib.
Yeniliklərə əsasən, bundan sonra rabitə xidmətləri üçün müqavilə bağlamaq yalnız biometrikanı Vahid Biometrik Sistemdə (UBS) qeydiyyatdan keçirdikdən sonra mümkün olacaq.
Belə ki, bir əcnəbi üçün qeydiyyata alınan nömrələrin sayının 10 ədəd ilə məhdudlaşdırılması təklif edilir.
Yeni qaydalara tabe olan insanlar SİM-kartı internet vasitəsilə isə deyil, yalnız rabitə mağazalarında və ya satış nöqtələrində ala biləcəklər.
Qanun layihəsi qəbul olunarsa, operatorların rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləsi olan bütün əcnəbilər 2025-ci il fevralın 1-dək yeni qaydalar barədə məlumatlandırılacaqlar. Gələn il martın 1-dək onların sənədləri yenilənməlidir, əks halda rabitə xidmətləri kəsiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.