RUSİYA

Zaxarova: Kiyev rejimi on minlərlə ukraynalının həyatını qurban verib

Amerikanın yeni ayrıca qanun layihəsi Kiyevə 61 milyard dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tutur.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Bankovadakı rejim yeni silah səngərləri əldə etmək üçün on minlərlə Ukrayna sakininin həyatını qurban verib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Üstəlik, Kiyev rejimi artıq o qədər deqradasiyaya uğrayıb ki, sözün əsl mənasında bunu nümayiş etdirir", – o, özünün "Telegram" kanalında yazıb.
Diplomat Ukrayna lideri Vladimir Zelenskinin Ukraynanın döyüş bölgəsinə "özünün ən yaxşı oğul və qızlarını" göndərməsi ilə bağlı ifadəsini xatırladıb.
"Bu, bütün Avropa üçün, NATO üçün dəyəri azaldır... ABŞ ordusuna indi NATO ölkələrini müdafiə edən hərbi əməliyyatlarda iştirak etmək lazım gəlmir. Bunu ukraynalılar edirlər. Sivil dünya yalnız silah verir" - Zelenski Amerikanın "NBC News" telekanalında deyib.
"Yəni, Zelenski ABŞ və NATO ölkələrindəki vergi ödəyicilərinin pulları ilə Ukrayna vətəndaşlarının həyatını dəyişir. Yalnız vergi ödəyicilərinin nəyə görə ödəniş etdikləri barədə heç bir məlumatları yoxdur", - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Amerikanın yeni ayrıca qanun layihəsi Kiyevə 61 milyard dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tutur. Amerika lideri Co Bayden Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya yardım haqqında qanunlar paketini imzalayıb.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bütün texnika və silahların yandırılacağını vurğulayıb. O qeyd edib ki, hərbi xüsusi əməliyyatın bütün məqsəd və vəzifələrinə nail olunacaq.