DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yeddi ştatdan altısı Trampa üstünlük verib

Amerika seçiciləri ABŞ iqtisadiyyatının trayektoriyasından razı deyillər. Buna görə də onlar öz üstünlüklərini keçmiş Prezident Donald Trampa veriblər.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Amerika Prezidenti Co Bayden yeddi ştatda liderlik statusunu itirib.
Məlumatı "Bloomberg" sorğunun nəticələrinə istinadən yayıb.
Bayden bu ilin martında çıxışlarından birindən sonra status qazanmışdı. Hazirda isə o, noyabr seçkilərində əsas olacağı gözlənilən ştatlarda uduzub.
Amerika seçiciləri ABŞ iqtisadiyyatının trayektoriyasından razı deyillər. Buna görə də onlar öz üstünlüklərini keçmiş Prezident Donald Trampa veriblər.
Qeyd edək ki, bir çox ekspertlər Baydenin yenidən seçiləcəyi təqdirdə nə baş verəcəyini təsəvvür etməkdən dəhşətə gəlir. Onlar belə bir addımın "milli intihar" olacağına əmindirlər.