BAKI, 26 aprel — Sputnik. Macarıstanın Baş naziri Viktor Orban bu il Qərbin liberal hegemonluğunun sona çatacağını istisna etməyib.
Bu barədə RİA Novosti nazirin Budapeştdə keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAP) çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib.
"Bu il, Allah qoysa, Qərb sivilizasiyasının bədnam dövrünü başa vura bilərik. Biz mütərəqqi liberal hegemonluq üzərində qurulmuş dünya nizamını tamamlaya bilərik" - RİA Novosti nazirdən sitat gətirir.
Orban əlavə edib ki, liberal dünya idarəetməsi müharibələrə, xaosa, iğtişaşlara səbəb olduğu və iqtisadiyyatları məhv etdiyi üçün iflasa uğrayıb.
Bu yaxınlarda Macarıstanın Baş naziri Qərbin hegemonluğunun sona çatdığına, dünyada isə yeni nizamın formalaşdığına əminliyini ifadə edib.