SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib

Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.
Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşü nəzərdə tutulub.
Almaniya Nazirlər Kabinetinin rıəsmisinin məlumatına görə, görüşdə ikitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq.
25.04.24
Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - dövlət rəsmisi bildirib.
19.04.24, 15:35
İlham Əliyev Almaniyaya gedir: Onun Olaf Şoltsla görüşü var
Aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
"Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq" - o qeyd edib.
Xatırladaq ki, sonuncu dəfə bu ilin fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşü olub.