TƏHSİL

Alternativ qeydiyyat mərkəzləri yaradıldı

Eyni zamanda valideynlər "ASAN xidmət" mərkəzlərində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb.
MÜTDA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, özü qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) zəruri köməklik göstəriləcək.
Eyni zamanda valideynlər "ASAN xidmət" mərkəzlərində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əlaqə" bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.
Qeydiyyatla bağlı suallar yaranarsa, MÜTDA-nın 146 – 2 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.