BAKI, 26 aprel — Sputnik. Qərb dövlətləri Rusiya aktivlərinin müsadirə etmək kimi bir addım atacaqsa, Rusiya Federasiyası öz aktivlərinin müsadirə edilməsinə cavab vermək üçün bütün mexanizm və vasitələrdən istifadə edəcək.
Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
"Biz bütün mexanizm və vasitələrdən istifadə edirik. Diqqətlə hərəkət edəcəyik, lakin oyunda heç bir məhdudiyyət və qaydalar olmasa, o zaman əks tədbirlər görməyə hazır olacağıq" - o, jurnalistlərə bildirib.
"Əgər avropalılar və ABŞ bu istiqamətdə hərəkət edərsə, bunun nəticələri olacaq" - deyən Pankin, söhbətin iqtisadi zərərdən getdiyini açıqlayıb.
Bundan əvvəl maliyyə analitiki Artyom İzvolski ABŞ-ın Rusiya aktivlərini müsadirə edəcəyi təqdirdə bütün tərəfdaşlarını itirəcəyi və dərin borclar bataqlığında batacağı fikrini bildirmişdi.