SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Simonyan: Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırıq

Ermənistan parlamentinin spikeri deyib ki, Rusiya Federasiyasından aldıqları qazın bir hissəsi Azərbaycan qazıdır.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Əgər Ermənistan Azərbaycandan qaz alarsa, mən bunu müsbət qarşılayaram. Biz bu məsələni indi də müzakirə etməliyik. Çünki bizim Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır" - Simonyan deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Gürcüstan İctimai Kanalının xəbərlər və cari işlər redaksiyasının direktorunun sualına cavabında bildirib ki, Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir:
"Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.