RUSİYA

Rusiya XİN: Moskva Ermənistan hakimiyyətinin əsassız tənqidlərindən təəssüflənir

XİN rəsmisi deyib ki, KTMT-nin rəhbərliyi Ermənistanla bağlı bütün öhdəliklərini tam yerinə yetirildiyini təsdiqləyib.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Moskva təəssüf edir ki, Ermənistan rəhbərliyi KTMT-ni əsassız olaraq açıq şəkildə tənqid etməkdə davam edir, baxmayaraq ki, təşkilat ölkə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra Britaniya KİV-lərinə müsahibəsində Ermənistan cəmiyyətinin hakimiyyətə verdiyi sualın cavabını bilmədiyini deyib: İrəvan niyə KTMT-nin tərkibində qalır? Paşinyanın sözlərinə görə, 2021-ci ilin may və noyabrında, 2022-ci ilin sentyabrında baş verənlər zamanı KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizmləri işləməyib.
"Təəssüf edirik ki, Ermənistan hakimiyyəti KTMT-nin ünvanına ictimai tənqidə yol verməkdə davam edir. Bu, təkcə tənqid deyil, həm də əsassız tənqiddir. Baxmayaraq ki, KTMT-nin rəhbərliyi Ermənistanla bağlı bütün öhdəliklərini tam yerinə yetirildiyini təsdiqləyib", - Zaxarova brifinqdə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.