BAKI, 25 aprel — Sputnik. İqtisadçılar ABŞ-ın Rusiya aktivlərini müsadirə etmək qərarına gəldiyi təqdirdə dedollarizasiya riskini proqnozlaşdırırlar.
Bu barədə "Bloomberg" yazıb.
Kornell Universitetinin tədqiqatçısı Esvar Prasad hesab edir ki, ABŞ dollar ehtiyatlarını ələ keçirməklə öz valyutasını silaha çevirməyə çalışır. Ekspert hesab edir ki, son nəticədə bu, Vaşinqtonun rəqiblərini dedollarizasiya haqqında düşünməyə məcbur edəcək.
JPMorgan analitikləri əmindirlər ki, Çin dollardan imtinanı sürətləndirə bilər. Hazırda Pekinin beynəlxalq ticarətində ödənişlərin, təxminən 70%-i Amerika valyutasında həyata keçirilir.
Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib ki, bu qərar dünya iqtisadiyyatını məhv edəcək.
Kreml, həmçinin hesab edir ki, Vaşinqton öz iqtisadiyyatına ciddi ziyan vura bilər, çünki dondurulmuş aktivlərə həbs qoyulması investorların istəklərinə mənfi təsir göstərə bilər.
RF Xarici İşlər Nazirliyi Rusiyanın aktivlərinin müsadirə ediləcəyi təqdirdə cavab veriləcəyini vəd edib.