BAKI, 25 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb.
O, bunu texnoloji imkanlarla əlaqələndirib: "Bu gün döyüş xəttindəki uğur texnoloji problemlərin həllinin sürətindən və səmərəliliyindən asılıdır, Rusiya bunun öhdəsindən gəlir"
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Konqresində çıxış edən Putin deyib ki, Rusiya süni intellektə əsaslanan texnologiyalar sahəsində inkişaf edir:
“Süni intellektə əsaslanan texnologiyalar ölkədə inkişaf edən ən mühüm sahələrdən biridir. Dronların istehsalında belə texnologiyalardan istifadə olunur”.
11.04.24, 23:51
Putin: “Ukrayna anladı ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”
Ukrayna artıq başa düşüb ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.
APA xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.
“İndi başa düşürlər ki, bu mümkün deyil. Danışıqlardan imtina etdilər. İndi isə olduqca çətin vəziyyətə düşüblər”, - Putin vurğulayıb.
23.07.23
Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuz olduğunu bildirib. Belarus prezidenti Aleksandr Lukaşenko isə deyib ki, heç bir əks-hücum yoxdur.
Belarus dövlətinin başçısı ötən gecə Rusiyaya gəlib. Əvvəllər xəbər verildiyi kimi, liderlər Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Putin daha sonra aydınlıq gətirərək hücumun baş verdiyini, amma uğursuz olduğunu qeyd edib.
Belarus lideri qeyd edib ki, Qərbi Ukraynanın ayrılması və ümumiyyətlə, Ukraynanın parçalanması Minsk üçün qəbuledilməzdir.
Onun sözlərinə görə, “vaqnerçilər” Belarusda gərginlik yaratmağa başlayıb:
"Onlar deyir ki, Qərbə getmək istəyirik. Bizə icazə verin. Deyirəm ki, Qərbə getmək nəyə lazımdır? Yaxşı, Varşavaya, Rzeşova ekskursiyaya gedin".
O qeyd edib ki, vaqner muzdluları Rusiya tərəfi ilə razılaşmaya əsasən Belarusda yerləşiblər:
“Mən onları ora köçürmək istəməzdim, çünki onların əhval-ruhiyyəsi pisdir. Onlar İttifaq Dövləti ətrafında nə baş verdiyini bilirlər".
Öz növbəsində Rusiya prezidenti Lukaşenko ilə görüşün iki gün davam edəcəyini bildirib.
Liderlərin Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini, habelə İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığını müzakirə edəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.