CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Нavalar istiləşdikcə Xəzər də dayazlaşır - Video+Foto

Ekspert deyib ki, Xəzər dənizinin indiki minimum səviyyəsi 1979-cu ildə də müşahidə olunub.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Havalar istiləşdikcə Xəzər dənizinin səviyyəsində enmə daha qabarıq şəkildə özünü biruzə verir. "Sağlam həyata doğru" İctimai Birliyinin sədri, su məsələləri üzrə ekspert Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bu enmənin birbaşa istiləşmə ilə əlaqədar olmadığını bildirib.

"Doğrudur, hava istiləşəndə dənizdə buxarlanma çoxalır, buna görə də səviyyə enir. Amma bu, cüzi təsirdir. Əsas təsir isə ondadır ki, uzunmüddətli dövr üçün Xəzər dənizinin səviyyəsinin tərəddüdləri hər zaman olub. Bu azalma əsasən Xəzərə tökülən suların azalması ilə bağlıdır. Bu da iqlim dəyişmələri ilə əlaqədardır" - Rövşən Abbasov bildirib.

Rövşən Abbasov
Ekspert onu da deyib ki, Xəzər dənizinin indiki minimum səviyyəsi sonuncu dəfə 1979-cu ildə də müşahidə olunub. Onun sözlərinə görə, bundan sonra 1995-ci ilədək Xəzərin səviyyəsi qalxmağa başlayıb. Ekspert son dövrlər Xəzərdə azalmanın davam etdiyini söyləyib. O, proqnozların Xəzər dənizinin səviyyəsinin bundan sonra da enəcəyini xəbər verdiyini bildirib.
Xəzər
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.