BAKI, 25 aprel — Sputnik. Yaxın gələcəkdə Avropa zəifləmə və hətta ölümlə üzləşə bilər.
Bunu Fransa lideri Emmanuel Makron Sorbonnada çıxışı zamanı bildirib. Çıxış onun sosial şəbəkədəki hesabında yayımlanıb.
"Yaxın illərdə zəifləmək, hətta sıxışdırılmaq riskləri böyükdür. Biz aydın şəkildə dərk etməliyik: Avropa ölümcül vəziyyətdədir və ölə bilər" - prezident vurğulayıb.
O, Avropa İttifaqının yeni böyümə və inkişaf strategiyasının hazırlanmasının tərəfdarıdır.
Daha əvvəl alman politoloq Alexandr Rar, Fransa prezidentinin Vaşinqtondan Kiyevə dəstəyin azaldığını görərək, Avropanın təhlükəsizlik məsələsində ABŞ-a ümid edə bilməyəcəyini başa düşdüyünü bəyan edib. Bu baxımdan Makron avropalıları Fransa ətrafında birləşməyə inandırmağa çalışır.